Bəlkə də mən bu mövzuya yenidən qayıtmazdım. Həm direktorun, həm təhsil müəssisəsinin açıqlaması, həm də videomaterialın altında “yazdırılan” eyni məzmunlu şərhlər məni yenidən bu mövzuya qayıtmağa bir növ təhrik etdi.
Birinci yazıda qeyd etdiyim kimi, təhsil ocaqlarında bu cür kreativ ideyalara üstünlük verilməsini məqbul sayıram. Və etiraf etmişəm ki, məktəbdəki təbdirin videomaterialına baxarkən təxminən iki saatlıq vaxtın necə keçdiyini hiss etmədim. Ancaq, bir daha təkrar edirəm ki, tədbirdə təqdim edilən və səsləndirilən bir neçə məqam tam şəkildə bu tədbirə yüksək qiymət verməyimə məndə tərəddüd yaradıb. Bununla bağlı iradlarımı da səsləndirmişəm. Və bu fikrimdə yenə də qalıram.
Burada bir haşıyə çıxım ki, məktəb direktoru çox hörmətli Adil əliyevin açıqlamasından hiss olunur ki, özünün təqdim etdiyi rolu yüksək qiymətləndirməkdədir. Yəni açıqlamasında buraxılan səhvlərdən danışılmadı, əksinə haqq qazandırdı. Hər birimiz yaxşı bilirik ki, istənilən yeniliyin tətbiqi cəmiyyətdə birmənalı qarşılanmaya bilər. Və bu tam təbii prosesdir. Yəqin ki, zaman keçdikcə direktorun bu layihəsi öz qiymətini alacaq. Ancaq onun hansı qiymət alacağını isə indidən proqnoz vermək çətindir. Çünki bu gün o vəzifə başındadır. Azərbaycan reallğına uyğun söz sahibidir. Sabah təqaüdə göndəriləndən sonra yüz faiz əminəm ki, “allı-yaşllı şərh” yazanlar yazdıqlarının əksini həm yazacaq, həm də söyləyəcəklər. Çünki bu gün eyni məzmunlu yazılan fikirlərin bir mərkəzdən idarə olunaraq yazılması şübhəsizdir. Bu gün şərhləri yazan xüsusəndə ibtidai sinif müəllimlərinin əsas vəzifəsi o şərhləri yazmamışdan əvvəl zaldakı səs-küyün qarşısının alınması olmalı idi. Zalda məhz “ərtoğrul” bəyin monoloqunun çox cətinliklə başa düşmək, eşitmək olurdu. Mən hələ o tədbirə çəkilən xərcin haradan qaynaqlandığına toxunmuram.
Açıqlamsında direktor Adil əliyev bu addımınn 70 faiz insanın bəyəndiyini deyir. Bu direktorun subyektiv fikridir. Olsun. Direktorun ətrafındakı insanlar bu tədbiri və direktorun rolunu elə pafosla təqdim ediblər ki, hələ bir müddət Adil müəllim o abu-havadan yəqin ki çıxa bilməyəcək. Çox təəssüf ki, aparıcı telekanalın hörmət etdiyim təmsilçisi məsələnin mahiyyətini bilmədiyindən Adil müəllimdən narahatlıq yaradan sullara cavab istəməyib.
Yəni “99 Allahın adıyla tədbiri açıq elan edirəm” fikrinin səsləndirilməsini necə başa düşülməlidir?
Üstəlik indiki həssas bir vaxtda bölücülüyə xidmət edən xanlıqların təqdimatı kimə lazım idi?
Və yaxud “insanlığmız olarsa biz israili də, ABş-da və Yaponiyanı da geridə qoyarıq” fikrinə necə izah verə bilər?
Hörmətli direktor insanlığmızı aşağı səviyyədə hiss edirsə, demək özünündə günah payı var axı. Ancaq necə aşağı ola bilər ki, məhz bu insanlığımızın hesabına 44 gün ərzində otuz il işğal altında olan torpaqlarımızı erməni işğalından azad etmişik.
Elm və Təhsil naziri cənab Emin əmrullayevə müraciət edərək xahiş edirəm ki, təhsil müəssisəsinin ajiotaj yaradan bu tədbirin videomaterialına baxıb fikir, münasibət bildirsin. əlavə edim ki, fəaliyyətini bəyəndiyim nazirlərdən biri də məhz Emin əmrullayevdir. Nazir postuna gətiriləndən sonra nə isə yaratmaq, nə isə dəyişmək istəyindədir. Az da olsa istəyinə çatması məni sevindirir. ən nəhayət istərdim ki, cənab nazir bizi narahat edən sualların cavablandırılmasına da yardımçı olsun.
Ancaq bütün hallarda Elm və Təhsil Nazirliyi gələcəkdə keçiriləcək bu tipli tədbirlər üçün strateji yol xəritəsi hazırlamalıdır. Konkret.
Bu gün müstəqil dövlətimizi yaşatmaq, inkişaf etdirmək və ətrafımızda olan mənfur ermənilərə daim layiqli və tutarlı cavab verməyimiz üçün gənc nəslin düzgün istiqamətdə təlim-tərbiyəsiylə habelə Azərbaycançılıq ideyasının təbliği ilə ciddi şəkildə hər kəs məşğul olmalı, o cümlədən 124 saylı məktəbin direktoru və kollektivi də ürəkdən can yandırmalı, çalışmalı və sonda buraxılan səhvlərdən nəticə çıxarmalıdır.
Vüqar Tofiqli
https://www.youtube.com/watch?v=PLQE-5hVnds